More

    “Qarabağ” FK 2024-cü ili 877 min manat zərərlə başa vurdu

    Azərbaycanın aparıcı futbol klublarından olan “Qarabağ” 2024-cü ilin maliyyə hesabatını açıqlayıb. Klubun rəsmi saytında dərc olunan sənəddə illik gəlir və xərclər balansı, həmçinin maliyyə nəticələri öz əksini tapıb.

    Büdcə və gəlirlər

    2024-cü ildə Ağdam təmsilçisinin ümumi büdcəsi 34 753 800 manat təşkil edib. Gəlir mənbələri aşağıdakı kimi bölünüb:

    • Teleyayım hüquqları – 28 154 800 manat
    • Sponsor və reklam gəlirləri – 466 100 manat
    • Bilet satışından gəlir – 1 741 900 manat
    • Digər gəlirlər – 831 000 manat
    • Futbolun İnkişaf Fondundan dəstək – 3 560 000 manat

    Əsas xərclər və zərər

    Ən böyük xərc maddəsi əməkhaqqı və mükafatlara ayrılıb – bu sahəyə 20 648 300 manat yönəldilib. Maliyyə hesabatına əsasən, “Qarabağ” FK 2024-cü ili 876 900 manat məbləğində zərərlə başa vurub. Klubun son illərdəki avrokubok uğurlarına baxmayaraq, açıqlanan nəticələr maliyyə dayanıqlılığının qorunmasının vacibliyini bir daha ortaya qoyur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni