Misli Premyer Liqasının 10-cu turunda “Qarabağ” “Azərsun Arena”da “İmişli” qarşısında 2:0 hesablı qələbə qazanıb. Qolları 52-ci dəqiqədə Abdullah Zubir, 82-ci dəqiqədə isə Emmanuel Addai vurub.
Bu nəticə ilə Ağdam klubu 20 xalla turnir cədvəlində lider mövqeyinə yüksəlib. “İmişli” isə 12 xalla yeddinci pillədə yer alır. Qeyd edək ki, “Qarabağ” rəqiblərindən bir oyun az keçirib.
Oyunun gedişində 11-ci dəqiqədə “İmişli”nin Luis Silvestr penaltidən istifadə edə bilməyib. İlk hissədə hesab açılmayıb, ikinci hissədə isə üstünlüyü ələ alan “Qarabağ” qələbəsini təmin edib.



