“Qarabağ” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Bədavi Hüseynov UEFA Millətlər Liqası çərçivəsində İsveçə qarşı keçirilən matçda (0:6) aldığı zədədən sonra üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sport-az.com-un məlumatına görə, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, 33 yaşlı futbolçu topuğundan zədələnib.
“Lion”la matçı buraxacaq
Bədavi Hüseynov zədəsi səbəbindən Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək vacib görüşdə iştirak edə bilməyəcək. Qarşılaşma noyabrın 28-i Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 21:45-də başlayacaq.