Bakıda oktyabrın 1-də keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında baş tutacaq oyunun hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyüka idarə edəcək.
Yan xətt hakimləri kimi Erwin Zeinstra və Patrick Inia təyin olunub. Dördüncü hakim funksiyasını isə Jannick Van Der Laan yerinə yetirəcək. VAR xidmətində Rob Dieper, AVAR operatoru vəzifəsində isə Jeroen Manschot çalışacaq.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq.



