Azərbaycan çempionu “Qarabağ” daha bir legioner futbolçusunu heyətindən uzaqlaşdırıb.
Sport-az.com “Futbolinfo.az”a istinadən xəbər verir ki, albaniyalı hücumçu Redon Cica növbəti mövsümdə Ağdam təmsilçisinin formasını geyinməyəcək.
Məlumata görə, 2025-ci ilin yayına qədər klubla müqaviləsi olan futbolçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Uzun müddətdir müqavilənin ləğvinə razılıq almağa çalışan klub rəhbərliyi nəhayət ki, bu məqsədinə nail olub.
Cica ilə yanaşı ayrılan digər legionerlər:
- Yassin Benzia
- Patrik Andrade
- Marko Veşoviç
- Redon Cica
Beləliklə, Cica “Qarabağ”ı tərk edən dördüncü legioner olub. Klub bu ayrılığı yaxın günlərdə rəsmi şəkildə açıqlayacaq.
Xatırladaq ki, Redon Cica 2023-cü ilin əvvəlində Albaniyanın “Tirana” klubundan “Qarabağ”a transfer olunmuşdu.



