Qarabağ Rişard Almeyda ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasının hazırkı çempionu “Qarabağ” daha bir futbolçusu ilə vidalaşıb. Sport-Az xəbər verir ki, klubun mətbuat xidməti braziliyalı yarımmüdafiəçi Rişard Almeyda ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini elan edib.

Xatırladaq ki, bundan əvvəl komandadan Olavio Junior və Julio Romao da ayrılmışdı.

Rişard Almeyda 2012-ci ildə Braziliyanın “Santo Andre” klubundan “Qarabağ”a transfer olunmuşdu. 2019-cu ildə “Astana” klubuna keçən yarımmüdafiəçi, 2020-ci ildə “Zirə” komandasına qoşulmuşdu. 2021-ci ilin yayında isə yenidən “Qarabağ”a qayıtmışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni