More

    Qarabağ – Sabah: çempionluğa əsas iddiaçıların qarşıdurması

    Azərbaycan Premyer Liqasının 22-ci turunda «Köhlən Atlar» öz meydanında turnir cədvəlinin liderini qəbul edəcək. Beynəlxalq betinq brendi 1xBet qarşıdakı matç üçün öncədən baxış hazırlayıb.

    Sabah-ın inanılmaz qələbə seriyası

    Ötən turda «Bayquşlar» çətin keçən qarşılaşmada Kəpəzi məğlub etdi və matçın yeganə qolu 87-ci dəqiqədə vuruldu. Bununla da, Sabah Azərbaycan çempionatındakı təsirli qələbə seriyasını ardıcıl on oyuna çatdırdı. Bu seriya hələ noyabrın sonunda başlayıb – Masazır təmsilçisi səfərdə İmişlini 3:0 hesabı ilə darmadağın etmişdi.

    Qarabağ «Bayquşların» ardınca təqibi davam etdirir

    Premyer Liqanın son üç qarşılaşmasında Qurban Qurbanovun yetirmələri 9 xal toplayaraq Turan Tovuz (1:0), Şamaxı (2:1) və İmişli (1:0) üzərində qələbə qazanıblar. Nisbətən zəif qol məhsuldarlığına baxmayaraq, «Köhlən atlar» lazım olan nəticəni əldə etməyi bacarıb və çempionluq uğrunda mübarizədə qalmağı davam etdirir.

    Turnir cədvəli

    21 turdan sonra Sabah 52 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Mövsüm ərzində «Bayquşlar» cəmi bir məğlubiyyət alıb və 16 qələbə qazanıblar.

    Öz növbəsində Qarabağ 45 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Eyni zamanda «Köhlən Atlar» ehtiyatda bir oyuna malikdir, buna görə qarşıdakı matçda uğur qazanacaqları halda Sabah ilə xal fərqini minimuma endirmək imkanı əldə edəcəklər.

    Sabah ilk dövrədə daha güclü oldu

    «Bəyquşlar» və «Köhlən Atlar» arasında keçirilən əvvəlki şəxsi qarşılaşma Valdas Dambrauskasın komandasının qələbəsi ilə yekunlaşdı. Qarabağ görüşün 9-cu dəqiqəsində Leandro Andrade-nin səyləri ilə hesabı açdı, lakin ikinci hissənin əvvəlində Coy-Lans Mikelz tarazlığı bərpa etdi. Sabah qələbə qolunu isə final fitinə sayılı dəqiqələr qalmış vurdu: Velko Simic dəqiq ara ötürməsi ilə Aaron Maludanı qapıçı ilə təkbətək çıxardı, fransız futbolçu isə topu zərif toxunuşla uzaq küncə göndərdi.

    Qarşıdakı matçdan nə gözləmək olar?

    Turnir vəziyyəti Qarabağı irəli getməyə və qələbə üçün oynamağa məcbur edir. Qurban Qurbanovun yetirmələri oyunun təşəbbüsünü ələ almağa çalışacaq və hücum xəttindəki liderlərinə – Leandro Andrade, Abdellu Zubir və Kamilo Duran-a güvənəcək. Müdafiənin mərkəzində Kevin Medina – Bəhlul Mustafazadə dueti çıxış edəcək, qapıda isə etibarlı polyak qapıçı Mateuş Koxalski yer alacaq.

    Sabah əla formadadır, topa nəzarət uğrunda Qarabağa ciddi mübarizə apara və əks-hücumlarda ağıllı oynaya bilir. Rəqibin yarı sahəsində təhlükəli epizodların yaradılması və kreativ oyun üçün Velko Simic cavabdeh olacaq, Aaron Maluda və Xəyal Əliyev isə bombardir bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar.

    Qarabağ – Sabah matçı 1 mart tarixində Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Favoritinizi 1xBet Azerbaijan ilə birlikdə dəstəkləyin və etibarlı bukmeyker platformasında proqnozlarınızı edin. Beynəlxalq bettinqlə məşğul olan brend populyar yerli və dünya idman hadisələri üzrə geniş xətt təqdim edir, həmçinin oyunçuları yüksək əmsallar və səxavətli salamlama bonusları ilə sevindirir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni