Azərbaycan çempionu “Qarabağ”ın heyətinə qatmaq istədiyi hücumçu ilə bağlı detallar məlum olub.
Sport-az.com-un “Sport24”ə istinadla yaydığı xəbərə əsasən, Ağdam təmsilçisi hazırda Niderlandın “Fortuna Sittard” klubunda çıxış edən Alen Haliloviçlə danışıqlar aparır.
29 yaşlı xorvatiyalı forvardla təkcə “Qarabağ” deyil, həm də Türkiyənin tanınmış klubu “Trabzonspor” maraqlanır.
Haliloviç futbol karyerasına Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda başlayıb. Daha sonra 2014/2015 mövsümündə “Barselona B” komandasında forma geyinib və 30 oyunda 4 qol vurub. Növbəti mövsümdə əsas komandaya cəlb edilsə də, rəsmi debüt etmədən “Sportinq”ə icarəyə verilib.
Təcrübəli hücumçu Xorvatiya millisində də 10 matçda iştirak edib.



