“Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubundan ayrılmış sabiq futbolçusu Ovusu Kvabenanı yenidən heyətinə qatmağa hazırlaşır. Sport-az.com-un “Transfermarkt” portalına istinadən verdiyi məlumata görə, Ağdam klubu 2023-cü ilin iyununda komandadan ayrılan qanalı hücumçu ilə azad agent kimi danışıqlar aparıb.
Bildirilir ki, danışıqlar artıq yekunlaşıb və Kvabena ilə ikiillik müqavilə imzalanacaq.
Mərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin “Ankaragücü” klubunda çıxış edib, 16 oyunda 9 qol vurub. Qanalı oyunçu 2020-2023-cü illərdə də “Qarabağ”ın şərəfini qoruyub. “Transfermarkt” onun bazar dəyərini 400 000 avro qiymətləndirir.
Qeyd edək ki, “Qarabağ” və “Ferentsvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq. İlk oyun avqustun 19-da Budapeştdə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.



