1xBet, 12 avqustda keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu haqqında danışır
Tam konsentrasiya
«Qarabağın hər şeyi alınmırdı, amma ayrı-ayrı oyunçuların ifasında görmək və inkişaf etdirmək istədiyimiz elementləri gördük. Mənim üçün əsas olan komandanın sonadək geri çəkilməməsi və mübarizə aparmasıdır», – deyə «Köhlən Atlar»ın baş məşqçisi Qurban Qurbanov ilk matçdan sonra bildirib.
Qarabağ səfərdə Şkendiyanı 1:0 hesabı ilə məğlub etdi. Çempionumuzun qapıçısı Mateusz Kochalski qapısını toxunulmaz saxlamaq üçün yeddi seyv etdi.
Polyak qapıçı yaxşı çalışmalı oldu – Şkendiya ona əvvəlki təsnifat mərhələsində Şelbornun yaratdığından qat-qat çox çətin tapşırıq hazırlamışdı.
Ancaq «Köhlən Atlar» daha çox qol vura bilərdi: Abdella Zubir və Nariman Axundzadə bir sıra əlverişli fürsətləri dəyərləndirə bilmədilər. Qarabağın həqiqətən də hücumda problemləri var. Təsnifatın son iki matçında komanda oyundan qol vura bilməyib: Şelborn ilə ev oyununda rəqibin avtoqolu kömək etdi, Şimali Makedoniyada isə Toral Bayraymov, Leandro Andradın mübahisəli vəziyyətdə qazandırdığı penaltiyi reallaşdırdı. Digər xəttlərdə də hər şey qaydasında deyil və dayaq yarımmüdafiəçisi Kadi Borjesin fiziki hazırlığı çoxlu suallar doğurur.
Minimal üstünlük Qarabağı arxayınlaşdırmamalıdır. Müdafiədəki göstəricilər sevindirir – Çempionlar Liqasının təsnifat mərhələsində «Köhlən Atlar» üç oyunda da qapısından top buraxmayıb. Seriyanın davamı çempionumuza minimum Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazandıracaq. Amma çox istərdik ki, Qurban Qurbanovun komandası payızda 2017-ci ildən bəri ilk dəfə Avropanın ən güclü komandalarına qarşı Çempionlar Liqasında oynasın.
Ümid edək ki, Qarabağ ötən mövsümdən dərs çıxarıb. Həmin mövsümdə komanda avrokuboklarda ardıcıl altı ev məğlubiyyətindən ibarət dəhşətli seriya yaşamışdı. Bundan əvvəl isə «Köhlən Atlar» öz meydanında yaxşı nəticələrə öyrəşdirmiş və beynəlxalq arenada təsnifat mərhələsində 16 oyundur uduzmurdu.
Sensasiyaların limiti tükənibmi?
İlk oyundan sonra bir çoxları belə sual verirdi: Şkendiya əvvəlki mərhələdə hər iki görüşdə qalib gələrək Rumıniyanın FKSB komandasını necə keçə bildi? Amma gəlin Şimali Makedoniya çempionunu da hesabdan silməyək. Şkendiya təslim olmaq niyyətində deyil və tarixində artıq Azərbaycan təmsilçiləri – Neftçi və Sumqayıt üzərində qələbələri var.Çempionatımızın ən yaxşı komandalarının avrokuboklardakı çıxışlarını 1xBet Azərbaycan ilə izləyin!



