More

    “Qarabağ” U-19 komandasına iki nigeriyalı futbolçu qoşulub – EKSKLÜZİV

    “Qarabağ” klubunun U-19 heyəti UEFA Gənclər Liqasının matçları üçün iki nigeriyalı idmançı transfer edib.

    Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimovun bildirdiyinə görə, sözügedən oyunçular Nigeriyanın “Beyond Limit” akademiyasından cəlb olunub: “Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq”. Bu transferlər komandanın hücum xəttini gücləndirmək məqsədi daşıyır, lakin visa gecikmələri səbəbindən oyunçular UEFA Gənclər Liqasının ilk turunda iştirak edə bilməyəcəklər.

    Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliyanın “Benfika” klubunun qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni