More

    “Qarabağ” UEFA tərəfindən 28 500 avro cərimələndi

    UEFA “Qarabağ” klubunu azarkeşlərinin “UEFA mafiya” şüarlarını səsləndirməsi səbəbindən 28 500 avro məbləğində cərimə edib. Sport-az.com-ın məlumatına görə, Ağdam klubu iki müxtəlif hadisə ilə UEFA-nın diqqətinə düşüb.

    Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qələbə qazandığı III təsnifat mərhələsinin cavab oyununda, “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” səbəbindən “Qarabağ” 6 000 avro məbləğində cərimə olunub.

    Azərbaycan çempionu daha sonra Xorvatiyanın “Dinamo” komandasına 0:2 hesabı ilə uduzduğu pley-off mərhələsinin cavab qarşılaşmasında da eyni səbəbə görə 22 500 avro cərimə ödəyəcək. Nəticədə, cəmi 28 500 avro cərimə tətbiq olunub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni