More

    “Qarabağ” və “Sabah” Azərbaycan Kubokunun yarımfinalında!

    Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində iki cavab görüşü keçirilib və yarımfinala yüksələn ilk iki komanda müəyyənləşib.

    sport-az.com xəbər verir ki, ilk oyunda “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda **”Səbail”**i qəbul edib. İlk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri bu dəfə də rəqibinə şans verməyib. Görüş 3:1 hesabı ilə **”Qarabağ”**ın xeyrinə başa çatıb və komanda yarımfinala yüksəlib.

    Günün digər matçında isə “Sumqayıt” klubu Masazırda **”Sabah”**ı qonaq edib. İlk oyunda 0:0 hesablı heç-heçə qeydə alınmışdı. Bu dəfə isə Vasili Berezutskinin rəhbərlik etdiyi “Sabah”, rəqibini 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

    Qeyd edək ki, 1/4 final mərhələsinin daha iki qarşılaşması – “Zirə” – “Araz-Naxçıvan”“Neftçi” – “Kəpəz” matçları sabah keçiriləcək.

    Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları

    27 fevral

    “Qarabağ” – “Səbail” 3:1
    Qollar: Musa Qurbanlı, 13; Emin Rüstəmov, 43 (öz qapısına); Nəriman Axundzadə, 55 – Rüfət Abdullazadə, 15.
    Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
    VAR: Rauf Allahverdiyev, Şirmamed Mamedov.
    Hakim-inspektor: Vüsal Əliyev.
    AFFA nümayəndəsi: Elçin Məmmədov.
    Tofiq Bəhramov adına Respublika Stadionu.
    İlk oyun: 1:0

    “Sumqayıt” – “Sabah” 0:4
    Qollar: Anatoli Nuriyev, 55; Xəyal Əliyev, 71; Coy Lens Mikels, 81; Amin Seydiyev, 90+3.
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov.
    VAR: Nicat İsmayıllı, Rəhman İmami.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Mübariz Hüseynov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
    İlk oyun: 0:0

    Növbəti oyunlar – 28 fevral

    16:00. “Zirə” – “Araz-Naxçıvan”
    İlk oyun: 0:1

    19:30. “Neftçi” – “Kəpəz”
    İlk oyun: 2:0

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni