Azərbaycanın “Qarabağ” klubu UEFA Avropa Liqasının VIII turunda səfərdə Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb və matç 3:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Sport-Az xəbər verir ki, oyun Pireydəki “Georgios Karaiskakis” stadionunda keçirilib. İlk hissə gərgin mübarizə ilə keçsə də, komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar. “Qarabağ”ın bir neçə real qol imkanı olsa da, onları dəyərləndirə bilməyib.
İkinci hissədə “Olimpiakos” üstünlüyü ələ aldı
Matçın 56-cı dəqiqəsində meydan sahibləri hesabı açıb – Ayyub El-Kaabi fərqlənib (1:0). Cəmi 4 dəqiqə sonra (60-cı dəqiqə) El-Kaabi dubl edərək fərqi artırıb (2:0). Oyunun sonlarına yaxın, 89-cu dəqiqədə Jülyen Byanko yekun hesabı müəyyənləşdirib – 3:0.
Bu nəticə ilə “Qarabağ” turnirdəki çıxışını başa vurub. Komanda əvvəlki turda FCSB-yə Bakıda 2:3 hesabı ilə məğlub olduqdan sonra növbəti mərhələyə çıxmaq şansını itirmişdi.
Matçın heyətləri
“Olimpiakos”
Konstantinos Dzolakis, Jülyen Byanko, David Karmu, Koştinya, Lorentso Pirola, Santyaqo Esse, Dani Qarsiya, Haralambos Kostulas, Kristofer Velde, Jerson Martins, Ayyub El-Kaabi.
Baş məşqçi: Xose Luis Mendilibar.
“Qarabağ”
Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdellah Zoubir, Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.



