More

    “Qarabağ”ın 150-ci böyükhesablı qələbəsi

    “Qarabağ” klubu Azərbaycan çempionatlarında 150-ci böyükhesablı qələbəsini qeyd edib.

    Sport-az.com PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının 11-ci turunda baş verib. Ağdam təmsilçisi öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib. 1992-ci ildən etibarən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” bu göstərici ilə ən çox böyükhesablı qələbə qazanan komanda statusuna malikdir.

    Xatırladaq ki, “Qarabağ”ın ilk böyükhesablı qələbəsi 1992-ci il mövsümündə qeydə alınıb. Komanda həmin il mayın 6-da evdə Kürdəmirin “Şirvan” klubunu 6:0 hesabı ilə məğlub edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni