“Qarabağ” futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Joni Montiel sevgilisinə evlilik təklifi edib. Sport-az.com xəbər verir ki, bu barədə futbolçunun sevgilisi Karlota Brune özünün Instagram hesabında paylaşım edib. O, Montiellə çəkilmiş fotoya belə bir şərh yazıb: “Bəli, səninlə əbədi başlanğıca”.
Joni Montiel bu ilin avqust ayında “Qarabağ” klubuna transfer olunub. Klubla onun arasında 2+2 illik müqavilə imzalanıb.
