“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında qələbəyə sevinib

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sport-az.com xəbər verir ki, Benzia Toqoya qarşı keçirilən 4-cü tur matçında 63 dəqiqə meydanda olub. Qarşılaşma Əlcəzair millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Əlcəzair yığması 12 xal toplayaraq qrup liderliyini davam etdirir. Millinin növbəti oyunu noyabrın 11-də Ekvatorial Qvineyaya qarşı olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni