“Qarabağ” futbol klubunun gənc qapıçısı Sadıq Məmmədzadə karyerasını Serbiyada davam etdirmək imkanı qazanıb. Sport-Az-ın məlumatına görə, Sadıq Məmmədzadə sosial şəbəkə hesabında Serbiyanın “Belqrad” klubunda baxışdan keçdiyini bildirib. 18 yaşlı istedadlı qapıçı “Qarabağ” klubunun icazəsi ilə Serbiyaya gedib və burada öz bacarığını nümayiş etdirir.
Serb klubu gənc futbolçunu əvvəlcə U-19 komandasında sınamaq, yay aylarından isə əsas heyətdə yer uğrunda mübarizə aparmaq imkanı təklif edib.
“Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev də məlumatı təsdiqləyərək, Sadıq Məmmədzadənin Serbiya klubunda baxışda olduğunu qeyd edib.



