Ağdam təmsilçisi “Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadə legioner həyatı yaşamağa hazırlaşır. Sport-az xəbər verir ki, 20 yaşlı futbolçu Norveçin tanınmış klubu “Molde”yə transfer olunacaq.
Axundzadə artıq Skandinaviya ölkəsinə yollanıb və hazırda keçidlə bağlı son prosedurların tamamlanması üzərində çalışılır. Transferin detalları hələ açıqlanmasa da, ilkin məlumatlara görə, “Molde” klubu “Qarabağ”a bu keçid üçün təxminən 400 min avro ödəyəcək.
Bu transfer gənc futbolçunun Avropa futbolunda özünü göstərməsi üçün mühüm fürsət ola bilər.