More

    “Qarabağ”ın matçı tanınmış hakimlə həvalə edildi

    “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşacağı qarşılaşmalar üçün hakim heyətləri müəyyənləşdirilib.

    sport-az.com-ın məlumatına görə, Şimali Makedoniyada baş tutacaq ilk qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub. Əsas hakim İvan Kruzliak olacaq, ona yan xətt hakimləri kimi Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim rolunu Peter Kraloviç icra edəcək. VAR funksiyası Mixal Oçenaşa, AVAR isə Boris Marhefkaya tapşırılıb.

    Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan gələn hakimlər briqadası idarə edəcək. Tanınmış referi Danni Makkelieyə Hessel Steeqstra və Yan de Vries yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Dennis Hiqler, AVAR Riçard Martens təyin olunub.

    Qeyd edək ki, “Qarabağ” və “Şkendiya” arasındakı ilk oyun avqustun 5-də “Todor Proeski” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da start verəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni