Bu gün keçiriləcək “Qarabağ” və “Tottenhem” matçı planlaşdırılandan gec başlaya bilər.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin Londonda oyuna gedərkən avtobusunun tıxacda qalması səbəbindən oyun nəzərdə tutulan vaxtdan gecikə bilər. Bu hadisə ilə bağlı UEFA dərhal məlumatlandırılıb.
Matçın Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılsa da, görüşün təxminən 40-45 dəqiqə gec başlaması ehtimal olunur. Bununla yanaşı, oyunun saat 00:00-da başlayacağı da mümkündür.
Bakı vaxtı ilə saat 22:50-də “Qarabağ” hələ də stadiona çatmamışdı.
UEFA açıqlamasında, komandalardan birinin (“Qarabağ”ın) oyuna gecikməsi səbəbilə matçın gecikəcəyi bildirilib. Oyun başlayacaq dəqiq vaxt isə tezliklə açıqlanacaq.
Son məlumata görə, UEFA bildirib ki, matç Bakı vaxtı ilə saat 23:35-də başlayacaq.
Oyun UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilməlidir.