More

    “Qarabağ”ın Oyunu üçün Biletlər Satışa Çıxarıldı

    UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda baş tutacaq “Bodo Qlimt” (Norveç) və “Qarabağ” matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa buraxılıb.

    Biletlər bu gün saat 14:00-dan etibarən iTicket.az platformasında onlayn şəkildə əldə oluna bilər. Matça gələcək azarkeşlər aldıqları vauçerləri oyun günü saat 14:00-dan 16:00-a qədər “Scandic Havet” otelində (Ünvan: Tollbugata 5, 8006 Bode, Norveç) biletə dəyişməlidirlər. Biletlərin qiyməti 55 AZN-dir.

    Vauçeri biletə dəyişmək üçün azarkeşlər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.

    Qarşılaşmanın təfərrüatları:

    • Oyun tarixi: Noyabrın 7-si
    • Başlama vaxtı: Bakı vaxtı ilə saat 21:45

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni