“Qarabağ”ın rəqibi zədəli oyunçularının son vəziyyətini açıqladı

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan “Malmö”nün zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Sport-az.com İsveç təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  yarımmüdafiəçi Sead Hakşabanoviç fizioterapevtlə birlikdə məşqlərini davam etdirir. 

Digər orta xətt oyunçusu Stefano Vekkya isə hələ yüklənmə və bərpa mərhələsindədir.

Müdafiəçilər – Niklas Moysander ilə Anton Tinnerholmun bərpa dönəmindədirlər.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” matçı oktyabrın 3-də keçiriləcək. Bakıda baş tutacaq görüşün start fiti 20:45-də səsləndiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni