More

    Qəbələ-Xankəndi ultramarafonu keçiriləcək: 192 km-lik zəfər yolu

    10–13 aprel tarixlərində Azərbaycanda Qəbələ-Xankəndi marşrutu üzrə ultramarafon təşkil olunacaq. Sport-az xəbər verir ki, iştirakçılar 192 kilometrlik məsafəni qət edərək Qəbələdən start götürüb Xankəndidə finiş xəttinə çatacaqlar.

    Marafon 4 mərhələdən ibarət olacaq:

    1. Qəbələ – Ağdaş (55 km)
    2. Ağdaş – Bərdə (65 km)
    3. Bərdə – Ağdam (44 km)
    4. Ağdam – Xankəndi (28 km)

    Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılacaq, ümumi nəticəyə görə ən yaxşı göstərici göstərənlər isə əsas mükafatın sahibi olacaqlar.

    18 yaşdan yuxarı və qaçış təcrübəsi olan istənilən şəxs yarışda iştirak edə bilər. Qeydiyyat üçün son tarix 30 martdır və müraciətlər zafarrunclub.az saytı üzərindən qəbul olunur.

    Qeyd edək ki, iştirakçı sayı məhduddur və seçim zamanı təcrübəli qaçışçılara üstünlük veriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni