Qətər 2036-cı il Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
Sport-az.com-un məlumatına görə, Qətər Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsi ilə həm Olimpiya, həm də Paralimpiya Oyunlarına evsahibliyi etmək məqsədilə müzakirələr aparır.
Qətər Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan Bin Hamad Əl-Thani bu barədə açıqlamasında bildirib: “Hazırda bizim idman infrastrukturumuz Olimpiya Oyunlarının keçirilməsinə 95% hazırdır və bütün obyektlərin 100% hazır olmasını təmin edən əhatəli planımız var.
Bu plan uzunmüddətli konsepsiyaya əsaslanır və sosial, iqtisadi və ekoloji dayanıqlı irsin yaradılmasına yönəlib.
Məqsədimiz yalnız uğurlu turnir təşkil etmək deyil, həm də inklüzivlik, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq prinsiplərini birləşdirən qlobal təcrübə təqdim etməkdir”.



