More

    Rafael Nadal: “Məni yaxşı bir insan kimi xatırlasınlar”

    19 noyabrda İspaniya tennis yığması Niderland komandası ilə qarşılaşmada məğlub olaraq Devis Kubokunda iştirakını başa çatdırdı. Bu məğlubiyyət həm də İspaniya millisinin uzun illər lideri olmuş, 22 dəfə “Grand Slam” turnirlərinin qalibi Rafael Nadallın karyerasının sonu ilə yadda qaldı.

    Nadal vida nitqi ilə çıxış edərək aşağıdakıları bildirib:

    “Titul və statistikalar mövcuddur, amma mən istəyirəm ki, insanlar məni yaxşı bir insan kimi xatırlasınlar. Mən Malorcanın kiçik bir kəndindən olan bir oğlanam. Tennis məşqçisi olan əmi və mənə daim dəstək olan bir ailəm olduğu üçün bəxtim gətirdi.

    Mən uşaqlıqda bir xəyalın arxasınca gedən, məqsədinə çatmaq üçün əzmlə çalışan bir uşaq idim. Ancaq dürüst olmaq lazımdır: çoxları böyük səy göstərir, hər gün əzmlə çalışır – amma mən çox şanslı idim. Həyat mənə tennis sayəsində inanılmaz anlar yaşamağa imkan verdi.

    İnsanlar məni xeyirxah biri kimi və xəyalının arxasınca gedərək gözlədiyindən daha çoxuna nail olan bir insan kimi xatırlasınlar.”

    Rafael Nadal haqqında qısa məlumat:

    Rafael Nadal, peşəkar tennis dünyasının ən əfsanəvi adlarından biridir. O, təkcə 22 “Grand Slam” qalibiyyəti ilə deyil, həm də 92 ATP titulu ilə fərqlənir. İspaniyanın Malorka adasından çıxmış Nadal, xüsusilə gil kortda göstərdiyi dominant performansı ilə “Rolan Qarros Kralı” kimi tanınır. Nadal həmçinin mükəmməl idmançı davranışı və humanitar təşəbbüsləri ilə də böyük nüfuza malikdir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni