“Barselona”nın braziliyalı ulduzu Rafinia Diaz bu mövsüm göstərdiyi üstün performansla “Qızıl Top” mükafatı üçün başlıca namizəd kimi irəli çəkilib. Bu barədə məlumatı “Sport-az.com” Goal nəşrinə istinadla yayıb.
Hazırkı reytinqə əsasən, Rafinia cari mövsümdə ümumilikdə 53 məhsuldar hərəkətlə (qol və ötürmələr) diqqət çəkərək namizədlər arasında ilk yerdə qərarlaşıb. Onun ən ciddi rəqibləri isə Usman Dembele (PSJ), Lamin Yamal (“Barselona”) və Lautaro Martines (“İnter”) hesab olunur.
Möhtəşəm statistika və Kafu-nun rəyi
Futbol əfsanəsi Kafu braziliyalı həmvətəni barədə belə deyib:
“Rafinia artıq uzun müddətdir ki, bu titulu haqq edir. Bu mövsüm isə o, nəinki La Liqada, həm də Çempionlar Liqasında göstərdiyi performansla bunu bir daha sübut etdi.”
Rafinia bu mövsüm La Liqada 30 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasında isə 12 oyuna 12 qol və 7 assistlə yadda qalıb. Bundan əlavə, İspaniya Kuboku və Superkubok oyunlarında daha 7 xal toplayıb (qol və assist).
Hazırda “Qızıl Top”un son sahibi “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodridir.