Polşa çempionatının 13-cü turu çərçivəsində keçirilən oyunlarda Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov növbəti dəfə meydanda olub.
Sport-az.com xəbər verir ki, Məmmədovun çıxış etdiyi “Radomiak” səfərdə “Lex” komandası ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Müdafiəçi oyuna start heyətində başlayıb və matçın sonuna qədər mübarizəni davam etdirib.
Bu məğlubiyyətin ardından “Radomiak” komandası 12 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb.