More

    “Real” 15 İldir Belə Uduzmurdu

    “Real Madrid” ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxaraq məğlubiyyətlə üzləşib.

    Sport-az.com xəbər verir ki, La Liqanın son turunda “Barselona”dan 4 cavabsız top buraxan Madrid klubu Çempionlar Liqasında isə “Milan”a 1:3 hesabı ilə uduzub.

    Bu nəticə ilə “Real” 15 il əvvəlki antirekordunu təkrarlayıb. Son dəfə bu hadisə 2009-cu ilin mayında yaşanmışdı. O vaxt komanda La Liqada “Barselona” (2:6) və “Malyorka”ya (1:3) evdə məğlub olmuşdu.

    Qeyd edək ki, 4 oyunda 6 xal toplayan “Real” Çempionlar Liqasının Liqa mərhələsində 17-ci pillədə qərarlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni