İspaniyanın nəhəng klubu “Real Madrid”, “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq niyyətindədir. Bu barədə Caught Offside portalı məlumat yayıb.
Mənbənin yazdığına görə, Madrid klubu Rodrini transfer etmək üçün aşağıdakı təklifi hazırlayıb:
- Eduardo Kamavinqa
- Rodriqo Goes
- Üstəlik 40 milyon avro əlavə ödəniş
Buna baxmayaraq, “Mançester Siti” rəhbərliyi ulduz oyunçusunu satmaq fikrində deyil. Rodri ilə klub arasında mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.
28 yaşlı ispan futbolçu son mövsümün böyük hissəsini dizindəki bağların qopması səbəbindən buraxıb. O, yalnız 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı Rodrinin bazar dəyərini 110 milyon avro olaraq qiymətləndirir. Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatının sahibi olub və bu onu planetin ən yaxşı oyunçusu statusuna yüksəldib.



