“Real” rəhbərliyindən sərt açıqlama: Viniçiusun şərtləri narazılıq doğurdu

Prezident Florentino Peres futbolçunun davranışından narazıdır

Madridin “Real” klubunun braziliyalı ulduzu Viniçius Junior yeni müqavilə ilə bağlı tələbləri səbəbindən rəhbərliyin narazılığına səbəb olub. Sport-az.com xəbər verir ki, futbolçu müqaviləsini yalnız bir halda uzatmağa razıdır — əgər maaşı Kylian Mbappé səviyyəsinə (ildə 30 milyon avrodan çox) yüksəldilərsə.

Məhz bu tələb klub prezidenti Florentino Peresi qəzəbləndirib. İspan mətbuatının yaydığı məlumata görə, Peres artıq oyunçunu satmağa hazırdır: “Real” özünü klubdan üstün hesab edən futbolçu ilə müqavilə uzatmayacaq”, – deyə klub prezidenti qəti şəkildə bildirib.

Viniçiusun statistikası və bazar dəyəri

2024/25 mövsümündə Viniçius 58 oyunda meydana çıxıb, 22 qol vurub və 19 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 170 milyon avrodur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni