La Liqanın 33-cü turu çərçivəsində “Real Madrid” səfərdə “Xetafe” ilə qarşılaşdı. “Ağlar”ın baş məşqçisi Karlo Ançelottinin yetirmələri çətin oyunda minimal üstünlüklə qələbə qazanaraq üç xal əldə etdilər — 1:0.
Oyunun taleyini həll edən yeganə qol 21-ci dəqiqədə vuruldu. “Real”ın gənc yarımmüdafiəçisi Arda Güler rəqib müdafiəçidən topu ələ keçirdikdən sonra cərimə meydançasına yaxınlaşaraq sol aşağı küncə dəqiq zərbə endirdi və hesabı açdı.
Bu qələbə ilə Madrid klubu xallarını 72-yə çatdıraraq La Liqa cədvəlində ikinci yerdə möhkəmləndi. Lider “Barselona” ilə aralarındakı fərq dörd xaldır. “Xetafe” isə 39 xalla 12-ci sıradadır.
Oyunun statistik göstəriciləri:
Xetafe – Real Madrid 0:1
Qol: Arda Güler (21)
- OçG (xG): 2.32 – 1.40
- Topa nəzarət: 37% – 63%
- Zərbələr: 20 – 14
- Qapıya dəqiq zərbələr: 6 – 7
- Künc zərbələri: 4 – 4
- Foullar: 15 – 7
Heyətlər:
Xetafe: Soria — Djene (Behuşa, 84), Berrokal (da Kosta, 50), Duarte, Alderete, İqlesias (Rodriqes, 50) — Terrats (Peter, 69), Milya, Arambari, Bernat — Mayorala (Xuanmi, 83).
Real Madrid: Kurtua — Vaskez, Asensio, Alaba (Kamavinqa, 46), F. Qarsiya — Çuameni — Valverde, Güler (Sebalyos, 77) — Dias — Vinisius (Rodriqo, 73), Endrik (Bellingem, 64).
Sarı vərəqələr: Milya, Alvaro, Peter — Çuameni



