Madridin “Real” klubu qarşıdakı illərdə əsas qapıçı mövqeyində kimin olacağına dair yekun qərarını verib. Klub rəhbərliyi Tibo Kurtuaya yeni iki illik müqavilə təklif edib. Əgər tərəflər razılığa gələrsə, belçikalı qolkiper 2028-ci ilə qədər “Real”ın formasını geyinəcək.
Sport-az.com xəbər verir ki, bu qərarla “kral klubu” uzun illərdir tətbiq etdiyi daxili qaydanı pozmağa hazırdır. Belə ki, 30 yaşını keçmiş futbolçularla “Real” adətən yalnız 1 illik müqavilə bağlayır, lakin Kurtua bu qaydanın istisnası kimi qiymətləndirilir.
“Əvəzolunmaz qapıçı”
Madrid klubunun rəhbərliyi 32 yaşlı Tibo Kurtuanı “Avropada alternativi olmayan istisna futbolçu” kimi görür və ona qarşıdakı illərdə də tam etibar edəcək. Klub belçikalı qapıçıya əsas heyətdə dəyişilməz yer ayırmağı planlaşdırır.
Məlumata görə, tərəflər artıq bir müddətdir danışıqlar aparır və razılıq gözləniləndir. Kurtua özü də ən azı 35 yaşına qədər “Real”da qalmaq niyyətindədir.
Luninlə yollar ayrıla bilər
Digər tərəfdən, “Real”ın rəhbərliyi ukraynalı qapıçı Andrey Luninin əsas heyətə iddialı olmasına baxmayaraq, onun klubun uzunmüddətli planlarında yer almadığını anlayır. Klub Luninin yay transfer dövründə komandadan ayrılmasını mümkünsüz saymır və bu qərara hörmətlə yanaşacaq.



