Madridin “Marca” nəşrinin məlumatına görə, Real Madrid rəhbərliyi, PSJ-yə 0:4 hesablı yarımfinal məğlubiyyətindən sonra ciddi şəkildə narazıdır. Klub Klublararası Dünya Çempionatını qazanmağı planlaşdırırdı, lakin uğursuz nəticə rəhbərliyi məyus edib.
İdarə heyəti artıq birinci komandanın futbolçuları ilə görüş keçirərək, belə məğlubiyyətlərin qəbulolunmaz olduğunu bildirib və vurğulayıb ki, transfer pəncərəsinin bağlanmasına hələ 6 həftə qalıb – yəni heç kim özünü təhlükəsiz hiss etməməlidir.
Klubun Vinisius Juniorla bağlı sualları qalır – braziliyalı futbolçunun “Real”da oynamağa maraq göstərmədiyi qeyd olunur. Klub onun motivasiya və sadiqliyini aydınlaşdırmaq istəyir.
Kilian Mbappe ilə bağlı da suallar var, lakin fransız ulduzun yaxın zamanda ağır mədə infeksiyası keçirdiyi, buna görə tam gücü ilə oynaya bilmədiyi bildirilib.
Rəsmi olaraq təsdiqlənib ki, Rodriqo komandadan ayrılacaq. Onun əsas transfer namizədi “Arsenal”dır və keçidin məbləği təxminən 90 milyon avro olacaq.



