More

    Red Bull pilotu Formula 1-də yeni rekord qırdı

    Niderlandlı Formula 1 pilotu Maks Ferstappen, idman tarixinə yeni rekordla düşüb. Red Bull komandasını təmsil edən sürücü, lider mövqedə ən çox gün keçirən pilot kimi absolut rekordun sahibi oldu. Sport-Az xəbər verir ki, 14 fevral tarixi Ferstappenin 1000-ci liderlik günü oldu. O, ilk dəfə 22 may 2022-ci ildə Barselona Qran-Prisində Şarl Lekleri (Ferrari) geridə qoyaraq birinciliyi ələ keçirdi və o vaxtdan bəri zirvəni heç kimə verməyib.

    Əvvəlki rekord Formula 1-in yeddiqat çempionu Mihael Şumaxerə məxsus idi. Alman pilot 2000-2003-cü illərdə 896 gün, 2003-2005-ci illərdə isə 630 gün lider mövqedə qalmışdı. Son mövsümdə Ferstappen Abu-Dabi Qran-Prisində avstraliyalı Oskar Piastri ilə toqquşmaya görə 10 saniyəlik cəza alaraq altıncı yerdə finişə çatsa da, bu, ona ardıcıl dördüncü dəfə dünya çempionu olmağa mane olmadı.

    Ferstappenin digər rekordları:

    • Bir mövsümdə ən çox qələbə qazanan pilot
    • Ardıcıl ən çox Qran-Prini qazanan sürücü

    Ümumi sıralamada Ferstappen 437 xal toplayaraq birinci oldu. Lando Norris 374 xalla ikinci, Şarl Lekler isə 356 xalla üçüncü yerdə qərarlaşdı. Səkkizqat çempion Lyuis Həmilton isə 223 xalla yeddinci pillədə mövsümü tamamladı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni