Azərbaycan millisinin hücumçusu Renat Dadaşov, Polşanın “Radomyak” klubundakı karyerasına son qoyub Sport-az.com xəbər verir ki, 26 yaşlı forvard bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib. O, klubla vidalaşaraq yazıb: “Təşəkkürlər, ‘Radomyak’. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik.”
Dadaşovun “Radomyak”dakı statistikası:
- Kluba qoşulduğu tarix: Fevral 2025
- Oyun sayı: 12 rəsmi matç
- Qol: 2
- Qol ötürməsi: 22
Qeyd edək ki, Renat Dadaşov Azərbaycan milli komandasının heyətində də mütəmadi çıxış edir və karyerasını davam etdirmək üçün yeni klub axtarışındadır.



