Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” klubu baş məşqçisiz qalıb. “Qafqazinfo”nun məlumatına görə, komandanın baş məşqçisi Cihat Arslan vəzifəsindən ayrılıb.
Bu haqda rəsmi açıqlamanı klubun mətbuat xidməti yayıb. Məlumata əsasən, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Hazırda “Ankaragücü” klubu yeni baş məşqçi axtarışındadır və mümkün namizədlər arasında “Neftçi”nin keçmiş çalışdırıcısı Adrian Mutu da var. Klub rəhbərliyi Mutu ilə yanaşı, Ömər Ərdoğanla da danışıqlar aparır və yekunda bu iki mütəxəssis arasında seçim edəcək.
Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində “Ankaragücü” klubuna transfer olunub və hazırda komanda yeni baş məşqçinin təyinatını gözləyir.