More

    Rio Ferdinand: “Kriştianunu tez-tez zarafatla ələ salırdıq”

    “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand komanda yoldaşı Kriştianu Ronaldo ilə keçmişdə necə zarafatlaşdıqlarını bölüşüb.

    Sport-az.com-ın məlumatına görə, Ferdinand Ronaldunun “Mançester Yunayted”ə 18 yaşında qoşulduqdan sonra dəfələrlə komanda daxilində zarafatların hədəfi olduğunu deyib:

    “Biz onu 7 nömrəli forma ilə bağlı çox zarafata salırdıq. Çünki Ronaldu bilirdi ki, ondan əvvəl bu nömrəni Devid Bekhem geyinib. Onun əhvalı pis olanda bu zarafatlar onu narahat edirdi. Biz ona deyirdik ki, əsl “7 nömrə” Bekhemdir. Bu, bəzən sıxma-boğma kimi görünə bilərdi, amma niyyətimiz yalnız onu daha güclü etmək və inkişafına dəstək olmaq idi.”

    Qeyd edək ki, Kriştianu Ronaldu 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. 2021-ci ildə kluba geri dönən ulduz futbolçu 2022-ci ilin noyabrında komanda ilə yollarını ayırıb. Hazırda 39 yaşlı Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni