“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 12-ci turunda “Selta” qarşısında keçirilən matçda (4:2) üç dəfə fərqlənərək unikal rekord müəyyənləşdirib. Polşalı futbolçu son on mövsümdə bütün turnirlərdə ən çox het-trik edən oyunçu olaraq tarixə düşüb.
Levandovski 556 oyun ərzində 26 dəfə het-trik sevinci yaşayıb. Onu 558 matçda 25 het-triklə İngiltərə millisinin və “Bayern Münhen”in ulduzu Harri Keyn izləyir. Növbəti yerlərdə “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu (413 görüşdə 23 het-trik) və “İnter Mayami”nin oyunçusu Lionel Messi (451 oyun, 23 het-trik) qərarlaşıblar. “Real Madrid”in hücumçusu Kilian Mbappe isə 536 oyunla 23 het-trik edən beşinci adımdadır.



