“Özümü həmişə olduğumdan yüksəkdə hiss edirəm” – 29 milyona alınan qapıçı
“Çelsi”nin ötən il “Brayton”dan transfer etdiyi qapıçısı Robert Sançes gələcək planları barədə danışıb.
Sport-az.com xəbər verir ki, Sançesin fikirlərini “Absolute Chelsea” belə çatdırıb:
“Nəyə qadir olduğumun və bu komanda, bu futbolçular, bu məşqçi ilə nə qədər inkişaf edə biləcəyimin tam fərqindəyəm. Biz böyük uğurlar əldə etmək gücündəyik. Bu komanda ilə qələbələr qazanmaq istəyirəm. Özümü həmişə olduğumdan yüksəkdə hiss edirəm”.
Xatırladaq ki, “Çelsi” ispan qapıçını transfer etmək üçün “Brayton”a 29 milyon avro ödəyib. Robert Sançesin London klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.