More

    Rodri “Qızıl top” 2024 mükafatına layiq görülüb

    “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının bu ilki qalibi Rodri seçilib.

    Sport-az.com xəbər verir ki, dünyanın ən yaxşı futbolçusu adına İspaniya yığması və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri layiq görülüb. Səsvermədə Rodri “Real Madrid”in oyunçuları Cud Bellingem və Dani Karvahalı qabaqlayıb.

    Bundan əlavə, “Real Madrid” 2023/2024 mövsümündə dünyanın ən yaxşı klubu seçilib. Qadınlar arasında isə bu titul “Barselona”ya verilib.

    Mövsümün ən sərrast futbolçuları olaraq Harri Keyn (“Bavariya”) və Kilian Mbappe (“Real”) müəyyənləşib. 52 qol vuran bu oyunçular Herd Müller mükafatına layiq görülüblər.

    Argentina yığması və “Aston Villa”nın qapıçısı Emiliano Martines isə ən yaxşı qapıçı nominasiyasında Lev Yaşin mükafatını qazanıb.

    Top-10 “Qızıl top” mükafatına namizədlər (kişilər arasında):

    1. Rodri (İspaniya, “Mançester Siti”)
    2. Viniysius Junior (Braziliya, “Real Madrid”)
    3. Cud Bellingem (İngiltərə, “Real Madrid”)
    4. Dani Karvahal (İspaniya, “Real Madrid”)
    5. Erling Holann (Norveç, “Mançester Siti”)
    6. Kilian Mbappe (Fransa, “Paris Sen-Jermen”/”Real Madrid”)
    7. Lautaro Martines (Argentina, “İnter”)
    8. Lamin Yamal (İspaniya, “Barselona”)
    9. Toni Kroos (Almaniya, “Real Madrid”)
    10. Harri Keyn (İngiltərə, “Bavariya”)

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni