“Real Madrid”in hücumçusu Rodriqonun UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Lill”ə (Fransa) qarşı oyunda meydana çıxmamasının səbəbi məlum olub.
Sport-az.com-ın verdiyi məlumata görə, “MadridXtra” xəbərində bildirilib ki, 23 yaşlı futbolçu belindəki zədə səbəbindən komandasına kömək edə bilməyib.
Rodriqo, La Liqanın VIII turunda “Atletiko Madrid”lə oyunda (1:1) zədələnib və bu səbəbdən Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyasında yer almasına baxmayaraq, meydana çıxmayıb.
Qeyd edək ki, görüş “Real”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.