Ronaldo Braziliya Futbol Federasiyasına prezidentliyə namizəd oldu

“İnter”, “Real Madrid” və “Milan” kimi nəhəng klubların keçmiş hücumçusu, futbol əfsanəsi Ronaldo Braziliya Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürüb.

Sport-Az xəbər verir ki, bu barədə məlumatı “RMC Sport” yayıb. Ronaldo namizədliyini açıqlayarkən əsas məqsədini də vurğulayıb:

“Mənim yüzlərlə motivasiya mənbəyim var. Amma ən vacibi Braziliya futbolunun dünya miqyasındakı hörmətini özünə qaytarmaqdır” – deyə o bildirib.

Ronaldo haqqında xatırlatma

Ronaldo futbol tarixində ən uğurlu oyunçulardan biridir:

  • İkiqat Dünya çempionu (1994, 2002);
  • İki dəfə Dünya çempionatının gümüş medalçısı (1998);
  • İki dəfə Amerika Kubokunun qalibi;
  • İki dəfə Qızıl topQızıl buts mükafatçısı;
  • Peşəkar karyerasını 2011-ci ildə Braziliyanın “Korintians” klubunda başa vurub.

Ronaldonun prezident seçkilərində əsas məqsədi, Braziliya futbolunun əvvəlki şöhrətini bərpa etmək və onun dünya futbolundakı nüfuzunu yüksəltməkdir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni