More

    Ronaldo “Əl-Nəsr” Klubunun Hissədarı Ola Bilər

    “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldo, müqaviləsini uzatdığı halda Səudiyyə Ərəbistanı paytaxt klubunun hissədarlarından birinə çevrilə bilər.

    Sport-Azın Marcaya istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz klubun 5 faizinə sahib ola bilər. Əvvəllər yayılan xəbərlərə əsasən, 39 yaşlı futbolçu hazırkı mövsümün sonuna qədər hesablanan müqaviləsini bir il daha uzatmaq qərarına gəlib. Müqavilənin şərtlərinə görə, Ronaldo mövcud maliyyə şərtlərini, yəni mövsümə görə 200 milyon avro qazanacağını qoruyub saxlayacaq.

    Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 13 oyunda iştirak edərək, 11 qol vurub və komanda yoldaşlarına 2 məhsuldar ötürmə edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni