“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo dünyada ən tanınmış futbolçuların siyahısında birinci yeri tutub.
“Sport-az.com”nun məlumatına görə, bu nəticə “GiveMeSport” tərəfindən hazırlanmış hesabatda göstərilib.
Portuqaliyalı ulduz futbolçu əzəli rəqibi Lionel Messini geridə qoyaraq liderliyi ələ alıb. “İnter Mayami” klubunun argentinalı ulduzu Messi isə ikinci sıraya düşüb.
Reytinqin ilk beşliyində həmçinin “Mançester Yunayted” və “Real Madrid”in keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu sayılan argentinalı Dieqo Maradona və FIFA-nın reytinqinə əsasən 20-ci əsrin ən yaxşı oyunçusu olaraq tanınan braziliyalı Pele də yer alıb.
Bu siyahının tərtibatı zamanı futbolçuların dünya üzrə fan bazası və populyarlığı, oyun səviyyəsi, karyeraları boyunca əldə etdikləri uğurlar, eləcə də idmana göstərdikləri təsir əsas meyarlar kimi dəyərləndirilib.