Səudiyyə Ərəbistanı Liqasının 4-cü turunda “Əl-Nəsr” komandasının “Əl-İttifaq”ı 3:0 məğlub etdiyi qarşılaşmada Kriştiano Ronaldo bir qol vuraraq daha bir unikal rekorda imza atıb.
Sport-az.com-in verdiyi məlumata görə, Ronaldo bu görüşdə vurduğu qolla karyerası boyunca toplamda 902 qola çatıb. O, futbol tarixində 900 qolu aşan ilk futbolçu olaraq yadda qalıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tarix boyunca ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Bu siyahıda Lionel Messi 840 qolla ikinci yerdə qərarlaşıb, avstraliyalı Alf Quill isə 778 qolla üçüncü sıradadır.
Karyerasını davam etdirən digər futbolçular arasında Robert Levandovski 635 qolla 8-ci, Luis Suares isə 579 qolla 12-ci yeri tutur.
Tarix boyu ən çox qol vuran futbolçuların ilk onluğu isə belədir:
- Kriştiano Ronaldo – 902 qol
- Lionel Messi – 840 qol
- Alf Quill – 778 qol
- Pele – 762 qol
- Romario – 756 qol
- Ferens Puşkaş – 725 qol
- Cimmi Cons – 639 qol
- Robert Levandovski – 635 qol
- Gerd Müller – 634 qol
- Joe Bambrik – 626 qol