“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldu, Portuqaliya Futbol Federasiyasının ən prestijli mükafatı sayılan Quinas de Platina mükafatına layiq görülüb. Bu mükafat milli komandaya verdiyi böyük töhfələrə görə Ronalduya təqdim edilib.
Ronaldu Portuqaliya millisində 216 matç keçirib, 133 qol vurub və 45 asist edib. O, Portuqaliya ilə birlikdə 2016-cı il Avropa çempionluğu və 2019-cu il Millətlər Liqası qələbələrini qazanan əsas oyunçulardan olub.
Ronaldu mükafatı aldıqdan sonra bu sözləri deyib: *“Bu mükafatı almaq mənim üçün böyük qürurdur – məncə, bu son deyil, bir başlanğıcdır. Çox qürur, çox fədakarlıq və çox iş. Həmişə milli komandada oynamağı xəyal edirdim, əvvəlcə ilk matç, sonra 25, 50, üçrəqəmli oyunlara çatmaq istəyirdim. 150-ci, sonra 200-cü oyun haqqında düşünməyə başladım.
Müxtəlif klublarda çoxlu titullar qazandım, amma heç nə milli komandada oynamaq, öz ölkəni, mədəniyyətini və övladlarını təmsil etməkdən daha üstün deyil.”