“Sabah” basketbol komandası heyətini ABŞ-dən olan təcrübəli oyunçu ilə gücləndirib

Paytaxtın məşhur basketbol klubu “Sabah” bu mövsüm üçün heyətini gücləndirməyə davam edir. Klubun rəsmi açıqlamasına əsasən, komandaya yeni oyunçu olaraq 31 yaşlı amerikalı müdafiəçi Gerri Blakes cəlb olunub. Müdafiəçi ilə 2 mövsümlük müqavilə imzalanıb.

Gerri Blakesin ən son çıxış etdiyi klub Çin təmsilçisi “Hefei Storm” olub. O, 2016-cı ildən peşəkar səviyyədə müxtəlif ölkələrin çempionatlarında çıxış edib. İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litvada keçirdiyi oyunlarla özünü sübut edən Blakesin təcrübəsi “Sabah” komandası üçün böyük fayda verəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni