More

    “Sabah” – “Karvan-Yevlax” Matçında Coy-Lens Mikelsin Ciddi Zədəsi – Bel Sümüyü Sınıb

    Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah” ilə “Karvan-Yevlax” komandaları arasında baş tutan oyunda “Sabah”ın əsas oyunçularından Coy-Lens Mikels ciddi zədə alıb və xəstəxanaya yerləşdirilib. İstinadla xəbər verir ki, ilkin tibbi müayinələr futbolçunun bel sümüyünün sınığı diaqnozunu təsdiqləyib.

    Hadisə görüşün son anlarında baş verib. Mikels rəqib komandanın qapıçısı ilə toqquşaraq yerə yıxılıb və öz ayağı ilə qalxa bilməyib. Meydanda ona ilk tibbi yardım göstərildikdən sonra təcili yardım əməkdaşları tərəfindən yaxınlıqdakı klinikaya çatdırılıb.

    Qeyd edək ki, bu görüşdə Mikels penaltidən “Sabah”ın hesabını açmışdı. O, cari mövsümdə vurduğu 4 qolla çempionatın ən məhsuldar futbolçularından biridir.

    Futbolçunun sağlamlıq vəziyyəti barədə əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni