“Sabah” – “Levski” matçı üçün 6 min bilet satılıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək “Sabah” – “Levski” qarşılaşması üçün satılan bilet sayı açıqlanıb.

Sport-az.com xəbər verir ki, klubun Mətbuat Xidməti faktiki olaraq 6 000 biletin satıldığını bildirib.

Oyun bu gün saat 20:00-da Bank Respublika Arenada keçiriləcək. Biletləri onlayn iticket.az saytından və ya arenanın kassalarından əldə etmək mümkündür.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni